UEFA-ya üzv olan 55 milli assosiasiya 2024-cü ildə avrokuboklarda baş verə biləcək islahatlara qarşı çıxıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Peşəkar Futbol Liqaları Birliyi də mümkün islahatların əleyhinədir: “Bu, bizim üçün sərfəli deyil. UEFA prezidenti Alekander Çeferini yaxşı tanıyıram. Milli çempionatların çox vacib olduğunu başa düşür. Hazırkı sistem yaxşı işləyir”.
Qeyd edək ki, UEFA mayda aokuboklarda 2024-cü ildən tətbiq edilməsi planlaşdırılan yeni layihəsinə təqdim edib. Avropa futbol qurumu Çempionlar Liqasında oyun sayını artırmaq üçün 32 komandanın hər birində 8 kollektiv olmaqla 4 qrupa bölünməsini istəyir. Hazırda isə qrup mərhələsinin 32 iştirakçısı 8 qrupda mübarizə aparır.