UEFA və CONMEBOL qitə çempionlarının üz-üzə gələcəyini təsdiqləyib

Futbol
  • 28 sentyabr, 2021
  • 14:29
UEFA və CONMEBOL qitə çempionlarının üz-üzə gələcəyini təsdiqləyib

Futbol üzrə son Avropa çempionu olan İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında 2022-ci ilin iyununda beynəlxalq pəncərə zamanı oyun keçiriləcək.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Avropa futbol qurumu və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında razılıq əldə olunub.

Qarşılaşmanın yeri barədə daha sonra məlumat veriləcək.