UEFA Superkubokun vaxtını və yerini açıqladı - YENİLƏNİB

UEFA Superkubokun vaxtını və yerini açıqladı - YENİLƏNİB UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi rəsmiləşib.
Futbol
17 İyun , 2020 18:04
UEFA Superkubokun vaxtını və yerini açıqladı - YENİLƏNİB

UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi rəsmiləşib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Qarşıdakı 3 ildə oyuna ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik edilməyib. Superkubok matçı 2021-ci ildə Belfastda, 2022-ci ildə Helsinkidə, 2023-cü ildə isə Kazanda təşkil olunacaq.


***14:07

UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi müəyyənləşib.

"Report" Polşa mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu qarşılaşmanın sentyabrın 24-də keçirilməsinə qərar verib.

Çempionlar Liqası və Avropa Liqasının qaliblərini üz-üzə gətirəcək görüş Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Qərarın UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında təsdiqlənəcəyi bildirilib.

Qeyd edək ki, onlayn iclasda martda koronavirus pandemiyası səbəbindən dayandırılan avrokuboklar barədə də yekun qərar qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi