UEFA Superkubok oyununa satılmış biletlərin sayını açıqladı

UEFA Superkubok oyununa satılmış biletlərin sayını açıqladı Turniketlərdə, liftlərdə, pilləkənlərdə və sanitar qovşaqlarda xüsusi işarələnmiş xətlərdə dayanmaq, məhdud sahələr üçün maksimum doluluq nisbətinə uyğun davranmaq lazımdır
Futbol
24 Sentyabr , 2020 16:17
UEFA Superkubok oyununa satılmış biletlərin sayını açıqladı

UEFA Super Kubokunda Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında bugünkü matçı stadiondan izləyəcək azarkeşlərin sayı məlum olub.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki 60 min tamaşaçı tutumuna malik "Ferents Puşkaş" stadionunda oynanılacaq qarşılaşma üçün 15 500 bilet satılıb.

Qitə futbol qurumu oyun zamanı azarkeşlərin riayət etməli olduqları təhlükəsizlik qaydalarını da açıqlayıb. Fanatlar 1,5 metrlik sosial məsafəni qorumalı, stadiona daxil olduqdan sonra bunu etmək mümkün olmadıqda qoruyucu maskadan istifadə etməlidirlər. Həmçinin turniketlərdə, liftlərdə, pilləkənlərdə və sanitar qovşaqlarda xüsusi işarələnmiş xətlərdə dayanmaq, məhdud sahələr üçün maksimum doluluq nisbətinə uyğun davranmaq lazımdır.

Qeyd edək ki, "Bavariya" - "Sevilya" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi