UEFA Super Kuboku: "Real Madrid" Almaniya klubu ilə qarşılaşacaq

UEFA Super Kuboku: "Real Madrid" Almaniya klubu ilə qarşılaşacaq Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Futbol
10 Avqust , 2022 07:30
UEFA Super Kuboku: Real Madrid Almaniya klubu ilə qarşılaşacaq

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

"Report"un məlumatına görə, İspaniyanın "Real Madrid" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

"Kral klubu" Çempionlar Liqasının, Frankfurt təmsilçisi isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. Tərəflər 62 ildən sonra yenidən avrokubokların finalında qarşılaşacaq. İspaniya və Almaniya təmsilçiləri daha əvvəl 1959/1960 mövsümündə UEFA Çempionlar Kubokunun həlledici oyununda bir-birinə rəqib olub. Həmin görüşdə 7:3 hesablı qələbə qazanan Madrid klubu ardıcıl 5-ci dəfə titula sahib çıxmışdı.

Avropa futbol qurumu qu qarşılaşmada ilk dəfə Yar Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edəcək. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək.

Bunadək 7 dəfə Superkubok matçına çıxan "Real Madrid" bunların 4-də qələbə qazanıb. "Ayntraxt" isə ilk dəfə belə bir qarşılaşmada iştirak edəcək.

UEFA Super Kuboku

10 avqust

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Qeyd edək ki, indiyədək bu titula ən çox İspaniya "Barselona"sı ilə İtaliya "Milan"ı yiyələnib. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi