UEFA Rusiyanın “Spartak” klubunu cəzalandırıb

UEFA Rusiyanın “Spartak” klubunu cəzalandırıb Bakı. 5 iyun. REPORT.AZ/ UEFA Rusiyanın “Spartak” klubunu cəzalandırıb.
Futbol
5 İyun , 2018 17:44
UEFA Rusiyanın “Spartak” klubunu cəzalandırıb

Bakı. 5 iyun. REPORT.AZ/ UEFA Rusiyanın “Spartak” klubunu cəzalandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisinə avrokuboklarda 3 səfər matçına bilet satışı qadağası tətbiq edilib.

Buna səbəb Avropa Liqasının 1/16 finalında İspaniya “Atletik”i ilə səfər qarşılaşmasında rusiyalı fanatların davranışıdır.

Üçüncü görüş üçün cəza şərti xarakter daşıyır və 2 il müddətinə qüvvədə olacaq. Həmçinin “Spartak” 55 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Atletik”in “Spartak”a 1:2 hesabı ilə uduzduğu oyundan əvvəl hər iki komanda azarkeşlərinin iştirakı ilə kütləvi iğtişaş baş verib.

Son xəbərlər

Orphus sistemi