Rusiyalı referiyə sərt cəza, Latviya klubu avrokuboklardan kənarlaşdırıldı

Rusiyalı referiyə sərt cəza, Latviya klubu avrokuboklardan kənarlaşdırıldı UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.
Futbol
9 İyun , 2021 19:28
Rusiyalı referiyə sərt cəza, Latviya klubu avrokuboklardan kənarlaşdırıldı
Sergey Lapoçkin

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Sözügedən hadisədə iştirakı təsdiqlənən "Ventspils" isə qarşıdakı 7 mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək. Klubun idarə heyətinin sədri Adlan Şişkanov futboldan ömürlük, inzibatçı Nikolay Dyakin isə 4 il müddətinə diskvalifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi