UEFA reytinqi: "Qarabağ" Azərbaycanı Polşaya yaxınlaşdırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycanı Polşaya yaxınlaşdırıb Avrokuboklarda III təsnifat mərhələsinin cavab görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Futbol
13 Avqust , 2021 02:21
UEFA reytinqi: Qarabağ Azərbaycanı Polşaya yaxınlaşdırıb

Avrokuboklarda III təsnifat mərhələsinin cavab görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, bu dəfə Azərbaycanın aktivinə cəmi 0,250 xal yazılıb. Həmin xalı ölkəyə "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki cavab görüşündə Kipr AEL-i üzərində 1:0 hesablı qələbə sayəsində qazandırıb.

Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 1,500-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,125-ə çatıb. Lakin 30-cu pillədən irəli getmək mümkün olmayıb. Yaxın qonşulardan Polşa 14,250 xalla 29-cu, Slovakiya 14,000 xalla 31-ci pillədə qalıb.

Pley-off mərhələsində "Qarabağ"a Şotlandiyanın "Aberdin" komandası rəqib olacaq. 8-ci pilləyə irəliləyən Şotlandiya bu mövsüm 1,700 xal, ümumilikdə isə 30,700 xal toplayıb.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə HİK-ə Finlandiyada 0:3 hesabı ilə uduzan "Neftçi" də mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə İsrailin "Makkabi" (Hayfa) klubu olacaq. İsrail bu mövsüm 2,500 xal, son 5 mövsümdə isə 20,125 xal toplayıb və hazırda 23-cü pillədə qalır.

Son xəbərlər

Orphus sistemi