UEFA “Real Madrid” və “Yuventus”u Çempionlar Liqasından kənarlaşdıra bilər

UEFA “Real Madrid” və “Yuventus”u Çempionlar Liqasından kənarlaşdıra bilər UEFA Avropa Super Liqasında iştirakını elan etmiş İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klubları üçün cəza variantı üzərində işləyir
Futbol
23 Aprel , 2021 06:29
UEFA “Real Madrid” və “Yuventus”u Çempionlar Liqasından kənarlaşdıra bilər

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) aprelin 19-da Avropa Super Liqasında iştirak edəcəyini bildirmiş İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klubları üçün cəza variantı üzərində işləyir.

Bu barədə “Report” “AS” nəşrinə istinadən xəbər verir. Bildirilir ki, təşkilat bu ilin sentyabrında başlayacaq 2021/22 mövsümü üçün İspaniya və İtaliyanın hazırkı çempionlarını Çempionlar Liqasından kənarlaşdırmağı planlaşdırır.

Lakin UEFA İcraiyyə Komitəsinin bəzi üzvləri bununla bağlı sərt mövqe tutmurlar və hər iki klubu Çempionlar Liqasının növbəti mövsümündə oynamaq imkanından məhrum etmək istəmədiklərini söyləyiblər.

Məsələ UEFA-nın bu gün keçirilməsi nəzərdə tutulan növbəti iclasında daha ətraflı nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi