UEFA "Qəbələ"yə daha 25 min avro vəsait ayırıb
Futbol
- 21 dekabr, 2018
- 11:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 dekabr. REPORT.AZ/ UEFA "Qəbələ" İdman Klubuna daha 25 min avro ayırıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasının II mərhələsində iştirakına görə səyahət xərci üçün nəzərdə tutulub.
Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qəbələ”nin hesabına köçürülüb.
Qeyd edək ki, “Qəbələ” UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. “Qırmızı-qaralar” II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Son xəbərlər
16:19
Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
Sosial müdafiə
16:11
Foto
İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib
Xarici siyasət
16:11
Taleh Kazımov: "Valyuta bazarında təklifin tələbi üstələməsinin iqtisadi aktivliklə əlaqəsi yoxdur"
Maliyyə
16:10
Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
Xarici siyasət
16:08
"Ermənistan Elektrik Şəbəkələri" işi üzrə 36 nəfərin saxlanılması ilə bağlı qərar qəbul edilib
Region
16:06
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
16:05
Paulu Fonseka "Lion"dan ayrılaraq "Sportinq"ə keçib
Futbol
16:05
Gələn il baytarlıq tədbirlərinə 53 milyon manatdan çox vəsait sərf olunacaq
Maliyyə
16:03
Azərbaycan gələn il ərzaq buğdası ilə özünütəminetməni yüksəltməyə 30 milyon manat xərc çəkəcək
Maliyyə