UEFA "Qarabağ"la oyunda sonuncu qolu vuran futbolçunu fərqləndirib

UEFA "Qarabağ"la oyunda sonuncu qolu vuran futbolçunu fərqləndirib UEFA Konfrans Liqasının rəsmi tviter hesabı Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payet haqqında paylaşım edib.
Futbol
24 Fevral , 2022 13:16
UEFA Qarabağla oyunda sonuncu qolu vuran futbolçunu fərqləndirib

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payet haqqında paylaşım edib.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a vurduğu qol yayımlanıb.

Fransalı oyunçunun cari mövsüm avrokuboklarda 23 görüşdə 15 qolun iştirakısı olduğu, daha dəqiqi, 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qaldığı xatırladılıb.

Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab qarşılaşması bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi