UEFA "Qarabağ"ın qapısına vurulmuş qolu fərqləndirib

UEFA "Qarabağ"ın qapısına vurulmuş qolu fərqləndirib UEFA rəsmi instaqram səhifəsində Konfrans Liqasının qrup mərhələsinin V turunda qeydə alınmış 2 qolla bağlı sorğu keçirir.
Futbol
3 Dekabr , 2021 09:59
UEFA Qarabağın qapısına vurulmuş qolu fərqləndirib

UEFA rəsmi instaqram səhifəsində Konfrans Liqasının qrup mərhələsinin V turunda qeydə alınmış 2 qolla bağlı sorğu keçirir.

"Report"un məlumatına görə, onlardan biri Kipr "Omoniya"sının futbolçusu Jordi Qomesin Bakıdakı matçda "Qarabağ"ın qapısına vurduğu qoldur. Səsverməyə çıxarılan ikinci qolun müəllifi isə Kiprin digər təmsilçisi "Anortosis"in oyunçusu Lazaros Kristodolopulosdur. Onun 27-ci dəqiqədə Belçika "Genti"nə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə başa çatıb.

Son xəbərlər

Orphus sistemi