UEFA "Qarabağ"ın hücumçusunu fərqləndirib

UEFA "Qarabağ"ın hücumçusunu fərqləndirib UEFA Avropa Liqasının rəsmi feysbuk səhifəsində paylaşım olunub
Futbol
8 Noyabr , 2021 17:19
UEFA Qarabağın hücumçusunu fərqləndirib

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.

"Report"un yarışın rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, onların arasında "Qarabağ"ın hücumçusu Musa Qurbanlı da var.

"Bu həftəsonu sizi ən çox kim təsirləndirib" sualı ünvanlandığı postda 19 yaşlı hücumçu ilə yanaşı, Yunanıstan PAOK-undan Yasmin Kurtiç, Norveç "Budyo Qlimt"indən Uqo Vetlesen və Ukraynanın "Zarya" (Luqansk) klubundan Şahab Zahedi də yer alıb.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının X tur oyununda dubl edib. Yasmin Kurtiç və Uqo Vetlesen də 2 qol vurub. Şahab Zahedi isə het-trik müəllifi olub.

Son xəbərlər

Orphus sistemi