UEFA 10 illik nəticələrinə görə "Qarabağ"a pul ödədi

UEFA 10 illik nəticələrinə görə "Qarabağ"a pul ödədi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində iştirakı və son 10 il ərzində göstərdiyi nəticələrlə əlaqədar (UEFA-nın əmsallar reytinqinə əsasən) kluba maliyyə vəsaiti daxil olub.
Futbol
2 Noyabr , 2020 13:53
UEFA 10 illik nəticələrinə görə Qarabağa pul ödədi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində iştirakı və son 10 il ərzində göstərdiyi nəticələrlə əlaqədar (UEFA-nın əmsallar reytinqinə əsasən) kluba maliyyə vəsaiti daxil olub.

"Report"un məlumatına görə, vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

UEFA Azərbaycan çempionuna Avropa Liqasının qrup mərhələsində iştiraka görə 2,750,000 avro, 10 illik nəticələrə əsasən isə 1,214,310 avro ödəyib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının I qrupunda mübarizə aparır. Ağdam klubu ilk matçında Təl-Əvivdə İsrail "Makkabi"sinə 0:1 hesabı ilə uduzub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İstanbulda İspaniya "Vilyarreal"ına məğlub olub - 1:3. "Köhlən atlar" üçüncü matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq. Noyabrın 5-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. UEFA-nın qərarına əsasən, ölkə çempionu ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi