UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul ödəyib

UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul ödəyib “Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb.
Futbol
16 Sentyabr , 2019 15:56
UEFA Qarabağa 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb. 

"Report"un məlumatına görə, 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə kluba təqdim olunub.  

Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də “Qarabağ”ın hesabına köçürülüb.

Son xəbərlər

Orphus sistemi