UEFA prezidenti: "Yeni format Avropa futbolunun gələcəyi üçün əla həll yoludur"

UEFA prezidenti: "Yeni format Avropa futbolunun gələcəyi üçün əla həll yoludur" UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatını tərifləyib.
Futbol
26 May , 2022 19:47
UEFA prezidenti: Yeni format Avropa futbolunun gələcəyi üçün əla həll yoludur

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatını tərifləyib.

"Report"un məlumatına görə, sloveniyalı funksioner "Sky Sport İtalia" nəşrinə müsahibəsində yeniliyin turnirə marağı daha da artıracağını söyləyib.

Çeferin bunun əla format olduğunu bildirib: "Hazırda bunun mövcud olanların ən yaxşısı olub-olmayacağını bilmirik. Amma hesab edirəm ki, bu, Avropa futbolunun gələcəyi üçün əla həll yoludur. Qərar vermək asan deyildi, çünki çoxlu fikirlər var idi".

Qeyd edək ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında 36 komanda çıxış edəcək və turnirdə "İsveçrə sistemi" tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi