UEFA prezidenti: "Səfər qolu qaydasının ləğvi düzgün qərardır"

UEFA prezidenti: "Səfər qolu qaydasının ləğvi düzgün qərardır" "Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı t
Futbol
24 İyun , 2021 17:38
UEFA prezidenti: Səfər qolu qaydasının ləğvi düzgün qərardır
Aleksander Çeferin

"Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə səs verdi".

"Report"un məlumatına görə, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin avrokuboklarda səfər qolu qaydasının ləğvi barədə danışarkən deyib.

Sloveniyalı funksioner bildirib ki, bu prinsip meydan sahibi olan komandaya xüsusilə ilk oyunlar zamanı rəqiblərinə üstünlük verə biləcək qoldan qorxduqları üçün hücum etməyə imkan vermirdi: "Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi".

Çeferinin sözlərinə görə, bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlkitək önəm daşımayacaq: "Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi".

Son xəbərlər

Orphus sistemi