UEFA prezidenti koronavirus testindən keçəcək

UEFA prezidenti koronavirus testindən keçəcək UEFA prezidenti Aleksander Çeferin və baş katibTeodor Teodoridis Çempionlar Liqasının finalından öncə koronavirus testi verəcək.
Futbol
298
11 Avqust , 2020 14:17
UEFA prezidenti koronavirus testindən keçəcək

UEFA prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Çempionlar Liqasının finalından öncə koronavirus testi verəcək. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, funksionlər, həmçinin Avropa Liqasının və Qadınlararası Çempionlar Liqasının həlledici matçından əvvəl də testdən keçəcəklər. Prosedur final oyununlarına iki gün qalmış baş tutacaq. 

Qeyd edək ki, Avropa Liqasının finalı avqustun 21-də Almaniyada, Çempionlar Liqasının həlledici matçı isə iki gün sonra Portuqaliyada gerçəkləşəcək. Qadınlararası Çempionlar Liqasının finalı isə avqustun 30-da İspaniyanın San-Sebastyan şəhərində olacaq. 

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında təşkil olunacaq.

Orphus sistemi