UEFA nümayəndəsi azərbaycanlı məşqçilərə danışılmış oyunlarla bağlı mühazirə oxuyub

UEFA nümayəndəsi azərbaycanlı məşqçilərə danışılmış oyunlarla bağlı mühazirə oxuyub Bakı. 5 aprel. REPORT.AZ/ UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminarda danışılmış oyunlar barədə məlumat verilib.
Futbol
5 Aprel , 2018 17:20
UEFA nümayəndəsi azərbaycanlı məşqçilərə danışılmış oyunlarla bağlı mühazirə oxuyub

Bakı. 5 aprel. REPORT.AZ/ UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminarda danışılmış oyunlar barədə məlumat verilib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nikolas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq bilgilər verib.

Qeyd edək ki, bu gün başa çatacaq seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir. 

Son xəbərlər

Orphus sistemi