UEFA "Qarabağ"dan başqa bütün klublara pul ödədi

UEFA "Qarabağ"dan başqa bütün klublara pul ödədi UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib.
Futbol
19 May , 2020 16:19
UEFA Qarabağdan başqa bütün klublara pul ödədi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramını əhatə edib. Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb. 

Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb. 

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Son xəbərlər

Orphus sistemi