UEFA-nın rəsmi saytı Bakının özəlliklərindən bəhs edib - VİDEO

UEFA-nın rəsmi saytı Bakının özəlliklərindən bəhs edib - VİDEO UEFA AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi edəcək 12 şəhərlə bağlı süjet hazırlayıb.
Futbol
29 Oktyabr , 2019 10:34
UEFA-nın rəsmi saytı Bakının özəlliklərindən bəhs edib - VİDEO

UEFA AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi edəcək 12 şəhərlə bağlı süjet hazırlayıb.

“Report”un məlumatına görə, tanıtım xarakterli videoda Azərbaycan paytaxtının özəlliklərindən söhbət açılıb. Bildirilib ki, Bakı dəniz səviyyəsindən ən aşağı mövqedə (28 m) qərarlaşan paytaxt kimi qəbul olunur və ləqəbi “Küləklər şəhəri”dir: “Bakının sərvəti XIX əsrdən bəri buradan ixrac olunan neftdən qaynaqlanır. Şəhər çox müasir memarlıq nümunələri ilə doludur, ancaq buranın neft ticarətindən əvvəl necə olduğunu İçərişəhərə baş çəkməklə hiss edə bilərsiniz. Buradakı Qız Qalası və XV əsrə aid Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bakı Olimpiya Stadionunda “Çelsi”nin “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdiyi 2019-cu il UEFA Avropa Liqasının final oyunu baş tutub. Azərbaycan millisinin evi sayılan arena Olimpiya Kəndinin bir hissəsidir. Hərçənd Bakı hələ Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyib”.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi