UEFA-nın Çempionlar Liqası üçün alternativ planı tükənib

UEFA-nın Çempionlar Liqası üçün alternativ planı tükənib UEFA-nın Portuqaliyadakı "8-lər finalı" istisna olmaqla, Çempionlar Liqasında cari mövsümü başa vurmaq üçün alternativ planı yoxdur.&
Futbol
30 İyun , 2020 14:29
UEFA-nın Çempionlar Liqası üçün alternativ planı tükənib

UEFA-nın Portuqaliyadakı "8-lər finalı" istisna olmaqla, Çempionlar Liqasında cari mövsümü başa vurmaq üçün alternativ planı yoxdur. 

"Report" xəbər verir ki, bu barədə "L Equipe" nəşrinə adı açıqlanmayan UEFA nümayəndəsi məlumat verib. O bildirib ki, Avropa futbol qurumu Portuqaliya Futbol Federasiyası və yerli hakimiyyət orqanları ilə daimi təmasdadır. 

UEFA rəsmisi hər şeyin yaxşı olacağına ümid etdiklərini sözlərinə əlavə edib: "Ümid edirəm ki, Portuqaliyada turnir təşkil edə biləcəyik. Hazırda B planı yaratmağa səbəb yoxdur. Vəziyyəti hər gün izləyirik, lazım gələrsə, uyğunlaşa bilərik".

Qeyd edək ki, UEFA iyunun 17-də Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən bütün qarşılaşmaların 12 - 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcəyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi