UEFA-nın 2021-ci ildə Azərbaycan klublarına ödədiyi məbləğ bəlli olub

UEFA-nın 2021-ci ildə Azərbaycan klublarına ödədiyi məbləğ bəlli olub UEFA-nın 2021-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaitləri bəlli olub.
Futbol
2 Fevral , 2022 10:41
UEFA-nın 2021-ci ildə Azərbaycan klublarına ödədiyi məbləğ bəlli olub

UEFA-nın 2021-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

"Report"un məlumatına görə, Avropa futbol qurumu 8 kluba 16 milyon 296 min 98 manat ödəyib.

"Qarabağ"a 10 728 549 manat, "Neftçi"yə 2 968 036 manat, "Sumqayıt"a 1 040 417 manat, "Keşlə"yə 900 000 manat, "Qəbələ"yə 212 010 manat, "Zirə"yə 154 051 manat, "Səbail"ə 154 051 manat, "Sabah"a 138 984 manat ödəniş edilib.

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

Premyer Liqada iştirak edən altı kluba Futbolun İnkişafı Fondundan, 1-ci divizionda iştirak edən dörd kluba SOCAR-dan 8 153 199 manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb. Qurumun İcraiyyə Komitəsinin 73 saylı protokoluna əsasən Premyer Liqada iştirak edən və koronavirus pandemiyasından zərər çəkən klubların müraciətini nəzərə alaraq, onlara əlavə maliyyə vəsaiti ayrılıb.

Son xəbərlər

Orphus sistemi