Mark Overmars UEFA-nı Donald Trampa bənzətdi

Mark Overmars UEFA-nı Donald Trampa bənzətdi Niderlandın Ayaks klubunun idman direktoru Mark Overmars yerli futbol federasiyasının Erediviziyanı avqustun 3-nə kimi başa çatdırmaq planına münasibət bildirib.
Futbol
2 Aprel , 2020 11:50
Mark Overmars UEFA-nı Donald Trampa bənzətdi

Niderlandın "Ayaks" klubunun idman direktoru Mark Overmars yerli futbol federasiyasının Erediviziyanı avqustun 3-nə kimi başa çatdırmaq planına münasibət bildirib.

"Report"un məlumatına görə, ölkəsinin "Telegraaf" nəşrinə danışan veteran futbolçu həm federasiyanı, həm də UEFA-nı sərt tənqid edib.

Niderland millisinin sabiq üzvü hər iki qurumun pula görə insanların həyatını təhlükəyə atdığını vurğulayıb: "Federasiyanın müstəqil qərar verəcəyini gözləyirdim. Amma UEFA-nın arxasında gizlənirlər. Biz teleyayım gəlirlərindən o qədər də asılı deyilik. Məncə, böyük ölkələr çempionatları bitirmək üçün UEFA-ya təzyiq etdilər. Qurum da bundan yararlanır. Çünki avrokubokların keçirilməməsi milyonlarla avro itkisi deməkdir".

M.Overmars UEFA-nı və yerli federasiyanı ABŞ prezidenti Donald Trampa bənzədib: "Tramp da "İqtisadiyyat koronavirusdan daha önəmlidir" deyir. Niderlandda hər gün virusdan yüzlərlə insan ölür".

Son xəbərlər

Orphus sistemi