UEFA “Neftçi”nin rəqibini cərimələyib
Futbol
- 26 iyul, 2023
- 13:49
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovina klubu “Jelezniçar” cərimələnib.
“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb I raundda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları olub.
Fanatların davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
03:13
Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq
Biznes02:46
ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:25
Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
Digər ölkələr01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Digər ölkələr00:45
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir
Digər ölkələr00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
Digər ölkələr23:29