Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.
Futbol
27 May , 2020 17:25
Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı
0 : 00
0 : 00

Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

"Report"un AFFA-nın saytına istinadən məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

Qarşılaşma aprelin 9-da olmalı idi. 

Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya – Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi