UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi

UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.
Futbol
8 Mart , 2021 23:50
UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.

Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılmasına qərar verib.

Qeyd edək ki, martın 27-də gerçəkləşəcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi