Bu gün UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start veriləcək.
"Report" xəbər verir ki, Avropada yığma komandaların oyunları uzun fasilədən sonra bərpa ediləcək. Turnirin matçları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.
İlk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma gerçəkləşəcək.
A Liqasının iddialı komandalarından Almaniya və İspaniya ilk turda üz-üzə gələcəklər.
Bu gün Türkiyə yığması da Millətlər Liqasında ilk matçına çıxacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv doğma meydanda Macarıstanın müqavimətini qırmağa çalışacaq.
3 sentyabr
UEFA Millətlər Liqası
I tur
A Liqası
4-cü qrup
22:45. Almaniya – İspaniya
22:45. Ukrayna – İsveçrə
B Liqası
3-cü qrup
22:45. Rusiya - Serbiya
22:45. Türkiyə - Macarıstan
4-cü qrup
22:45. Bolqarıstan - İrlandiya
22:45. Finlandiya - Uels
C Liqası
3-cü qrup
22:45. Moldova – Kosovo
22:45. Sloveniya – Yunanıstan
D Liqası
1-ci qrup
22:45. Farer adaları - Malta
22:45. Latviya - Andorra
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı oyunla start verəcək.