UEFA Millətlər Liqasında V tura start veriləcək

UEFA Millətlər Liqasında V tura start veriləcək Bu gün UEFA Millətlər Liqasında V tura start veriləcək.
Futbol
14 Noyabr , 2020 07:45
UEFA Millətlər Liqasında V tura start veriləcək

Bu gün UEFA Millətlər Liqasında V tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə A,C və D Liqalarında 9 qarşılaşma keçiriləcək.

A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edəcək. Sona iki tur qalmış hər iki komandanın 10 xalı var. Qrupun digər görüşündə İsveç Xorvatiyanı qəbul edəcək.

4-cü qrupda Almaniya Ukrayna ilə, İsveçrə isə İspaniya ilə qarşılaşacaq. Burada demək olar ki, İsveçrədən başqa digər komandaların qrup qalibi olması realdır.

D Liqasında Farer adaları səfərdə Latviyanı məğlub edəcəyi təqdirdə C Liqasına vəsiqəni təmin edəcək. 1-ci qrupda Malta - Andorra görüşü də baş tutacaq.

UEFA Millətlər Liqası
V tur

A liqası

3-cü qrup

23:45. Portuqaliya - Fransa

23:45. İsveç - Xorvatiya

Xal durumu: Portuqaliya - 10, Fransa - 10, Xorvatiya - 3, İsveç - 0.

4-cü qrup

23:45. Almaniya - Ukrayna

23:45. İsveçrə - İspaniya

Xal durumu: İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2

C Liqası

1-ci qrup

21:00. Azərbaycan - Monteneqro

21: Kipr - Lüksemburq

Xal durumu: Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1.

D Liqası

1-ci qrup

18:00. Malta - Andorra

21:00. Latviya - Farer adaları

Xal durumu: Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2.

2-ci qrup

18:00. San Marino - Cəbəllütariq

Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1.

Son xəbərlər

Orphus sistemi