UEFA Millətlər Liqası: Portuqaliya Xorvatiyaya, Fransa İsveçə qarşı

UEFA Millətlər Liqası: Portuqaliya Xorvatiyaya, Fransa İsveçə qarşı Bu gün UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək.
Futbol
973
5 Sentyabr , 2020 07:45
UEFA Millətlər Liqası: Portuqaliya Xorvatiyaya, Fransa İsveçə qarşı

Bu gün UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək.

"Report"un məlumatına görə, 3-cü oyun günündə 9 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi də turnirdə mübarizəyə başlayacaq. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edəcək. Qrupun digər oyununda isə Kipr və Monteneqro yığmaları üz-üzə gələcəklər.

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanın, Belçika Danimarkanın qonağı olacaq. 3-cü qrupda isə Portuqaliya evdə Xorvatiya, İsveç son dünya çempionu Fransa ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası, I tur

5 sentyabr

A liqası

2-ci qrup

20:00. İslandiya – İngiltərə
22:45. Danimarka – Belçika

3-cü qrup

22:45. Portuqaliya - Xorvatiya
22:45. İsveç - Fransa

C liqası

1-ci qrup

20:00. Azərbaycan – Lüksemburq
20:00. Kipr – Monteneqro

2-ci qrup

17:00. Şimali Makedoniya – Ermənistan
20:00. Estoniya – Gürcüstan

D liqası

2-ci qrup

17:00. Cəbəllütariq – San-Marino

Orphus sistemi