UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub

UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub Fransanın futbol üzrə yığmasının hücumçusu Kerim Benzema UEFA Millətlər Liqasının İspaniya milli komandası ilə final matçının (2:1) ən yaxşı oyunçusu seçilib.
Futbol
11 Oktyabr , 2021 02:31
UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub
Kerim Benzema

Fransanın futbol üzrə yığmasının hücumçusu Kerim Benzema UEFA Millətlər Liqasının final matçının İspaniya milli komandası ilə qarşılaşmasının (2:1) ən yaxşı oyunçusu seçilib.

“Report” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.

Benzema yarışın finalında Fransa komandasının ilk qolunu vurub.

Qeyd edək ki, hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik qolunu vurub. Qarşılaşmanın 80-ci dəqiqəsində isə Kilian Mbappe Fransa yığmasının qələbə qolunu vurub.

Fransa tarixdə ikinci dəfə Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya yığması qazanıb.

Son xəbərlər

Orphus sistemi