UEFA Mahir Emrelini "Qalatasaray"ın yarımmüdafiəçisi ilə müqayisə edib

UEFA Mahir Emrelini "Qalatasaray"ın yarımmüdafiəçisi ilə müqayisə edib UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsi maraqlı sorğu keçirib.
Futbol
1 Dekabr , 2021 22:00
UEFA Mahir Emrelini Qalatasarayın yarımmüdafiəçisi ilə müqayisə edib
0 : 00
0 : 00

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsi maraqlı sorğu keçirib.

"Report" xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Azərbaycan millisinin və Polşa "Legiya"sının hücumçusu Mahir Emreli ilə Türkiyə yığmasının və "Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Aktürkoğlunun fotosu paylaşılıb.

Paylaşımın üzərində isə "Mahir Emreli, yoxsa Kerem Aktürkoğlu?" sözləri yazılıb.

Qeyd edək ki, Emreli cari mövsüm Avropa Liqasının qrup mərhələsində 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi