UEFA-dan Mahir Emreli açıqlaması
Futbol
- 15 sentyabr, 2020
- 11:30
UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev oyununda birbaşa qırmızı vərəqə alaraq cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərarı gələn həftə verəcək.
Bu barədə qitə futbol qurumundan "Report"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 23 yaşlı hücumçunun məsələsinə UEFA Nizam-İntizam Komitəsinin sentyabrın 22-dəki iclasında baxılacaq. Qərar qəbul olunduqdan bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. "Qarabağ"ın futbolçusu bu səbəbdən Millətlər Liqasının II turunda Kiprlə səfər matçını avtomatik buraxıb. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.
Son xəbərlər
21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
Futbol20:48
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Hərbi20:46
Tramp: ABŞ Ukraynadakı münaqişəni dayandırmaq üçün işləri davam etdirir
Digər ölkələr20:32
Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Hadisə20:18
Abbas Əraqçi Moskvada Putinlə görüşəcək
Region20:09
Foto
Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Xarici siyasət19:59
Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb
İdman19:57