UEFA Kubokunu qazanmış futbolçu müharibəyə qoşulub

Futbol
  • 05 aprel, 2022
  • 07:28
UEFA Kubokunu qazanmış futbolçu müharibəyə qoşulub

19 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Vladimir Yezerski Rusiyaya qarşı müharibəyə qoşulub.

"Report"un məlumatına görə, bu barədə ölkənin U-21 yığmasının analitiki Yevgeni Qres sosial şəbəkədə bildirib.

O, 46 yaşlı mütəxəssisin könüllülərdən ibarət taborlarun tərkibində bir aydan çoxdur Kiyevi müdafiə etdiyini yazıb.

Qeyd edək ki, Vladimir Yezerski 1998 - 2008-ci illərdə Ukrayna millisinin formasını geyinib. Keçmiş müdafiəçi Kiyev "Dinamo"su isə ilə 1 dəfə, "Şaxtyor" (Donetsk) komandası ilə 2 dəfə ölkə çempionu olub. Yezerski 2008/2009 mövsümündə Donetsk təmsilçisi ilə UEFA Kubokunu (hazırkı Avropa Liqası) da qazanıb.

44 filmi