UEFA “Araz Naxçıvan”ı irəli atdı

UEFA “Araz Naxçıvan”ı irəli atdı Azərbaycanı UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” futzal klubu mübarizəyə ilkin mərhələdən başlayacaq.
Futbol
5 İyul , 2021 20:06
UEFA “Araz Naxçıvan”ı irəli atdı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu mübarizəyə ilkin mərhələdən başlayacaq.

"Report"un federasiyanın rəsmi saytına istinadən məlumatına görə, UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb.

Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü 7 iyul saat 17:00-da atılacaq. Oyunlar isə 20 - 25 avqustda keçiriləcək.

Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq.

Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar 26 - 31 oktyabrda təşkil olunacaq.

Ümumilikdə isə builki Çempionlar Liqasına 51 federasiyadan 55 klub qatılacaq. İlkin mərhələdə iştirak edəcək 32 komanda bunlardır: "Luxol St. Andreus Futsal" (Malta), "Veilimdorf" (Almaniya), "Araz-Naxçıvan" (Azərbaycan), APOEL (Kipr), "JB Futsal Gentofte" (Danimarka), "Haladas VSE" (Macarıstan), "Futsal Mineva" (İsveçrə), KMF FON (Serbiya), "Kampuksen Dinamo" (Finlandiya), "Liqeni" (Kosovo), MFC CIU (Gürcüstan), "Differdanj" (Lüksembruq), "Proekt" (Şimali Makedoniya), "Dukas" (Yunanıstan), "Dinamo Plus" (Moldova), "SMS Vimsi" (Estoniya), "Hammarbü" (İsveç), "London Helvesia" (İngiltərə), "Raba" (Latviya), "Varna Siti" (Bolqarıstan), "KF Tirana" (Albaniya), "Diamant Lints" (Avstriya), "Blü Magik FC Dublin" (İrlandiya), "Dolfins Aşdod" (İsrail), "Utleira İdrettslaq" (Norveç), "Tavşançalı" (Türkiyə), "Cefn Druids" (Uels), "Europa" (Cəbəllütarıq), "Titoqrad" (Monteneqro), "Sparta Belfast" (Şimali İrlandiya), "Fiorentino" (San Marino), "Enkamp" (Andorra).

Son xəbərlər

Orphus sistemi