UEFA Konfrans Liqası oyunundakı irqçiliklə bağlı araşdırmalara başlayıb

UEFA Konfrans Liqası oyunundakı irqçiliklə bağlı araşdırmalara başlayıb UEFA Serbiyada "Partizan" və Portuqaliyanın "Santa-Klara" komandaları arasında keçirilən Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı baş verən hadisələrlə əlaqədar araşdırma aparacaq.
Futbol
30 Avqust , 2021 21:03
UEFA Konfrans Liqası oyunundakı irqçiliklə bağlı araşdırmalara başlayıb

UEFA Serbiyada "Partizan" və Portuqaliyanın "Santa-Klara" komandaları arasında keçirilən Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı baş verən hadisələrlə əlaqədar araşdırma aparacaq.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq bununla bağlı xüsusi müfəttiş təyin edilib.

Belqrad təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan matçda irqçilik qalmaqalı yaşanıb. Qonaq komandanın braziliyalı hücumçusu Allano əvəzlənib meydanı tərk edərkən yerli azarkeşlər meymun səsi çıxarıblar. Bundan sonra 26 yaşlı forvard dördüncü hakimə müraciət edib, o, isə öz növbəsində hadisə ilə bağlı referini məlumatlandırıb. Nəticədə oyunda təqribən 2 dəqiqəlik fasilə yaranıb.

Baş hakim "Partizan"ın kapitanı və baş məşqçisi ilə söhbətləşdikdən sonra görüşü davam etdirib.

Qyed edək ki, iki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan "Partizan" qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi