"Zirə" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-8
- 01 avqust, 2025
- 01:33
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşan “Zirə” məğlub olaraq mübarizəni dayandırıb.
“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Hesabı "Hayduk" açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.
Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.
"Hayduk"un heyətində 93-cü dəqiqədə Yassin Benrahu komandasının qələbə qolunu vurub.
Xatırladaq ki, Bakıdakı 8-ci kilometr stadionunda keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
01:06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə üçüncü qol vurulub.
“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri önə keçiblər - 2:1.
93-cü dəqiqədə Yassin Benrahu fərqlənib.
01:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə birinci əlavə hissə start götürüb.
“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Bakıdakı 8-ci kilometr stadionunda da eyni hesab qeydə alınmışdı.
00:56
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) - “Zirə” görüşünün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.
“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılacaq.
Qeyd edək ki, Bakıdakı 8-ci kilometr stadionunda da eyni hesab qeydə alınmışdı.
00:50
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə ikinci qol vurulub.
“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda Bakı klubu hesabı bərabərləşirib - 1:1.
90+3-cü dəqiqədə İssa Cibrilla rəqib komandanın qapısına yol tapıb.
00:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə ikinci hissə başlayıb.
“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü italiyalı referi Luka Payretto idarə edir.
23:47
"Zirə" Xorvatiyada "Hayduk"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.
"Report"un məlumatına görə, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
23:19
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə hesab açılıb.
"Report"un məlumatına görə, qarşılaşmada ilk qolu meydan sahibləri vurub.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
23:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Hayduk” (Xorvatiya) - “Zirə” görüşü start götürüb.
“Report” xəbər verir ki, qarşılaşma Split şəhərindəki “Polyud” stadionunda keçirilir.
Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb - 1:1.