UEFA Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib

Futbol
  • 21 iyul, 2025
  • 16:20
UEFA Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report" xəbər verir ki, püşkatmada Azərbaycan klubları - "Araz-Naxçıvan", "Zirə" və "Sabah"ın potensial rəqibləri müəyyənləşib.

“Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) duelinin qalibi ilə görüşəcək.

“Zirə” - “Hayduk” (Xorvatiya) cütünün güclüsü "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə üz-üzə gələcək.

"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə görüşəcək.

"Zirə" və "Araz-Naxçıvan" ilk görüşlərini evdə, "Sabah" isə səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinn ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti