UEFA İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə sabah baxacaq

UEFA İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə sabah baxacaq Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun koronavirus səbəbindən ləğv olunan İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə noyabrın 25-də baxılacaq.
Futbol
24 Noyabr , 2020 20:44
UEFA İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə sabah baxacaq

Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun koronavirus səbəbindən ləğv olunan İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə noyabrın 25-də baxılacaq.

"Report" Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma UEFA-nın sabahkı iclasında müzakirə olunacaq.

Daha əvvəl qalibin püşkatma yolu ilə müəyyənləşdiriləcəyi bildirilib. Bu görüş A Liqasında qalacaq komandanın adına aydınlıq gətirəcək. Son nəticələrə əsasən, Ukraynanın 6, İsveçrənin 3 xalı var. Qrupdakı ilk matçda Andrey Şevçenkonun başçılıq etdiyi komanda rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.

Son xəbərlər

Orphus sistemi