UEFA İspaniya millisinin iki üzvünü bir oyunluq cəzalandırıb

Futbol
  • 07 avqust, 2024
  • 11:38
UEFA İspaniya millisinin iki üzvünü bir oyunluq cəzalandırıb

İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.

UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.

AVRO-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyinə qarşı uyğun olmayan mahnı oxuyublar.

Qeyd edək ki, AVRO-2024-ün finalında İspaniya millisi İngiltərə komandasını 2:1 hesabı ilə məğub edib.