UEFA ingiltərəli azarkeşlərə qarşı intizam işi açdı

UEFA ingiltərəli azarkeşlərə qarşı intizam işi açdı UEFA AVRO-2020-də İngiltərə və Danimarka yığmaları arasında keçirilmiş yarımfinal oyununun yekunu əsasında intizam işi açıb.
Futbol
600
8 İyul , 2021 14:50
UEFA ingiltərəli azarkeşlərə qarşı intizam işi açdı
Kasper Şmeyxel

UEFA AVRO-2020-də İngiltərə və Danimarka yığmaları arasında keçirilmiş yarımfinal oyununun yekunu əsasında intizam işi açıb.

"Report"un məlumatına görə, səbəb Londondakı "Uembli" stadionuna toplaşmış azarkeşlərin davranışıdır. Bildirilir ki, penalti epizodu zamanı tribunadan kimsə danimarkalı qapıçı Kasper Şmeyxelin üzünə lazer işığı salıb. Bundan başqa Danimarkanın dövlət himni səsləndirilərkən, pirotexnikadan istifadə olunub.

Qeyd edək ki, iyulun 7-də keçirilmiş görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda İngiltərə millisi mübahisəli penalti qazanıb. Harri Keynin 11 metrlik cərimə zərbəsini Kasper Şmeyxel dəf etsə də, təkrar zərbə dəqiq olub.

Son xəbərlər

Orphus sistemi