UEFA İngiltərə klublarına Super Liqadan çıxış üçün külli miqdarda pul təklif edib

UEFA İngiltərə klublarına Super Liqadan çıxış üçün külli miqdarda pul təklif edib UEFA İngiltərə Premyer Liqası klublarına Avropa Super Liqasında çıxışdan imtina üçün külli miqdarda pul təklif edib
Futbol
21 Aprel , 2021 03:45
UEFA İngiltərə klublarına Super Liqadan çıxış üçün külli miqdarda pul təklif edib

UEFA İngiltərə Premyer Liqası klublarına Avropa Super Liqasında çıxışdan imtina üçün külli miqdarda pul təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, UEFA tərəfindən maliyyə vədləri İngiltərə klublarının Super Liqadan çıxması üçün həlledici rol oynayıb. Bu halda, belə təklif İspaniya klublarına daxil olmayıb.

Daha əvvəl Avropa Super Liqasını İngiltərə Premyer Liqasının 6 komandasından 5-i tərk edib. İngiltərə Premyer Liqasının hələ ki yeni yarışdan rəsmən çıxdığını elan etməyən yeganə klubu London "Çelsi"sidir.

Xatırladaq ki, Avropa Super Liqası layihəsi özündə Avropanın 20 ən yaxşı klubu iştirak edəcəyi yeni liqanın yaradılmasını nəzərdə tuturdu. Superliqada iştirakı İtaliyanın "Milan", "Yuventus", İngiltərənin "Arsenal", “Liverpul”, “Çelsi”, "Mançester Siti", "Mançester Yunayted", "Tottenxem Hotspur", İspaniyanın "Atletiko" (Madrid), “Real Madrid”, "Barselona" kimi top-klublar təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi