UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırır

UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırır UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırmaq istəyir
Futbol
189
18 Oktyabr , 2021 12:20
UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırır

UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırmaq istəyir.

"Report" "Sky Sports"a istiandən xəbər verir ki, səbəb İngiltərə millisinin azarkeşlərinin İtaliyaya qarşı Avropa çempionatının final oyunundakı davranışlarıdır.

Qarşılaşma başlamazdan əvvəl 100-dək fanat stadiona biletsiz girməyə çalışıb. Bundan əlavə, tərəfdarlar görüş zamanı stadiona qaçıb, meydana yad əşyalar atıb və pirotexniki vasitələrdən istifadə edib.

Avropa futbol qurumu bu gün assosiasiya ilə bağlı qərar verəcək. Böyük ehtimalla, İngiltərə seçməsi ev oyunlarından birini boş tribunalar önündə keçirməli olacaq.

Qeyd edək ki, İngiltərə yığması AVRO-2020-nin finalında əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə İtaliyaya penaltilər seriyasında uduzub - 2:3.

Son xəbərlər

Orphus sistemi