UEFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

UEFA İcraiyyə Komitəsinin iclası təxirə salındı UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.
Futbol
18 May , 2020 18:16
UEFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, videokonfrans iyunun 17-də keçiriləcək.

İclasın vaxtı AVRO-2020-nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlərin müzakirəsinə görə dəyişdirilib.

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Son xəbərlər

Orphus sistemi