UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib.
Futbol
185
14 Dekabr , 2018 20:54
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib

Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub. 

Son xəbərlər

Orphus sistemi