UEFA ECA ilə birgə nəzarət mexanizmi yaradır

UEFA ECA ilə birgə nəzarət mexanizmi yaradır Hazırda Çempionlar Liqası klublara ən çox gəlir gətirən turnirdir
Futbol
19 Mart , 2021 18:15
UEFA ECA ilə birgə nəzarət mexanizmi yaradır

UEFA və Avropa Klublar Assosiasiyası (ECA) ortaq müəssisə təsis etməyin mümkünlüyünü müzakirə edir.

"Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu, Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) kimi yarışlar üçün Kütləvi İnformasiya Vasitələri və sponsorluq hüquqlarına nəzarət etmək imkanı verəcək.

Avropanın aparıcı klubları ÇL-in kommersiya gələcəyini həll etmək üçün yarışların idarəedilməsində və nəzarətində yeni səlahiyyətlər əldə etmək niyyətindədirlər.

Hazırda Çempionlar Liqası klublara ən çox gəlir gətirən turnirdir. UEFA hər il təqribən 3,25 milyard avro məbləğində vəsaiti komandalar arasında bölüşdürür.

İddaya görə, UEFA və ECA arasında danışıqlar həmçinin İspaniya "Real Madrid"i və "Barselona"sı da daxil olmaqla bəzi klublar tərəfindən Avropa Super Liqası turnirinin təsis olunmasının qarşısını almaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi