UEFA "Qarabağ"la bağlı növbəti paylaşım edib

UEFA "Qarabağ"la bağlı növbəti paylaşım edib UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib
Futbol
18 Oktyabr , 2021 17:50
UEFA Qarabağla bağlı növbəti paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

"Report" xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb.

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi" başlıqlı paylaşımda "köhlən atlar"ın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi