Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulacaq.
"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq. Ötən turnirin qalibi olan İspaniya "Real Madrid"i doğma meydanda İtaliyanın "Roma" klubunu sınağa çəkəcək.
Ulduz futbolçu Kriştianu Ronaldunu heyətinə cəlb edən İtaliya "Yuventus"u isə səfərdə İspaniyanın "Valensiya" komandası ilə qarşılaşacaq.
Çempionlar Liqası, I tur
19 sentyabr
E qrupu
20:55. "Ayaks" (Hollandiya) - AEK (Afina, Yunanıstan)
23:00. "Benfika" (Portuqaliya) - "Bavariya" (Münhen, Almaniya)
F qrupu
20:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Hoffenhaym" (Almaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
G qrupu
23:00. "Viktoriya" (Plzen, Çexiya) - MOİK (Moskva, Rusiya)
23:00. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya)
H qrupu
23:00. "Valensiya" (İspaniya) - "Yuventus" (İtaliya)
23:00. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)