UEFA Çempionlar Liqasının formatını dəyişdirməyi planlaşdırır

UEFA Çempionlar Liqasının formatını dəyişdirməyi planlaşdırır UEFA rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin həlledici oyunların formatını dəyişmək variantı nəzərdən keçirir.
Futbol
28 May , 2021 04:39
UEFA Çempionlar Liqasının formatını dəyişdirməyi planlaşdırır

UEFA rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin həlledici oyunlarının formatını dəyişmək variantını nəzərdən keçirir.

“Report” “New York Times”a istinadən xəbər verir ki, ən mümkün variant yarımfinalda iki matçlıq sistemdən imtina edilməsidir. Bundan əlavə, iki yarımfinal matçı və final oyunu, bir həftə eyni şəhərdə keçiriləcək.

UEFA-nın ehtimalına görə, qərar əlavə maliyyə axınına və tamaşaçı əhatəsinin genişlənməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, dəyişikliklərdən heç biri 2024-cü ildə planlaşdırılan Çempionlar Liqasının formatının islahatından əvvəl qüvvəyə minməyəcək. UEFA dəyişikliklərə qərar verən ilk qurum deyil. Bundan əvvəl, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi futbolunun konfederasiyası olan CONCACAF, iki matçlıq finaldan imtina edəcəyini və idarə olunan turnirlər üçün bir sıra digər qaydaları dəyişdirəcəyini bildirib.

UEFA-nın ötən həftə yayımladığı maliyyə təhlilinə əsasən, qitənin aparıcı klubları koronavirus pandemiyasına görə 8 milyard avrodan çox zərərlə üzləşəcək. Məhz klubların maliyyə çətinlikləri qurumu əlavə gəlir mənbəyi axtarmaqa məcbur edir.

UEFA ötən həftə qitənin ən yaxşı klublarının koronavirus səbəbilə 8 milyard avrodan çox zərərlə üzləşəcəyi barədə maliyyə təhlili yayımlayıb.

Son xəbərlər

Orphus sistemi