UEFA Çempionlar Liqasında ingilis finalı olacaq

UEFA Çempionlar Liqasında ingilis finalı olacaq Yarımfinalın cavab oyununda İngiltərədə İspaniya "Real Madrid"ini 1:0 hesabı ilə məğlub edən "Çelsi" finala vəsiqə qazanıb
Futbol
528
6 May , 2021 00:53
UEFA Çempionlar Liqasında ingilis finalı olacaq

UEFA Çempionlar Liqasında ikinci finalçının da aydınlıq gəlib.

"Report"un məlumatına görə, yarımfinalın cavab oyununda İngiltərədə İspaniya "Real Madrid"ini 2:0 hesabı ilə məğlub edən "Çelsi" finala vəsiqə qazanıb.

Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. Son nöqtəni isə 85-ci dəqiqədə Meyson Maunt qoyub. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı - 1:1.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0

Qollar: Timo Verner, 28, Meyson Maunt, 85

İlk oyun - 1:1

Qeyd edək ki, "Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.

`

`

Son xəbərlər

Orphus sistemi